Təbii ki, bütün bu cəfəng fikirlər qeyri-realdır və illüziyadan başqa bir şey deyil. Məsələn, hər dəfə beynəlxalq sülhməramlılar haqqında söhbətlərin ortaya atılması rus sülhməramlılarına təzyiq göstərməyə xidmət edir. Bu, işğaldan azad olunmuş ərazilərin yenidən işğal olunması kimi utopik səslənməsə də, yenə də onun həmin illüziya və ya arzudan əhəmiyyətli dərəcədə fərqləndiyini ifadə etmir. Təbii ki, beynəlxalq sülhməramlı qüvvələr mövzusu illüziya və xəyal deyil, lakin bir sıra səbəb və şəraitə görə bunlar burada reallaşa bilməz. Bunu hətta İrəvanın Laçın yoluna qondarma "beynəlxalq faktaraşdırıcı missiya" göndərmək təklifinin də beynəlxalq diqqət və bəyənmə almaması sübut edir.
Heç kəs, xüsusən də dünya müharibəsinin indiki şəraitində mürəkkəb və konfliktli şəraitdə sabitliyə görə məsuliyyəti öz üzərinə götürməkdə maraqlı deyil. Üstəlik, bu, beynəlxalq birliyin hazırkı əsas rəqibi, belə demək mümkündürsə, Rusiyanın məsuliyyət yükünü yüngülləşdirmək demək olardı.
Beynəlxalq sülhməramlı qüvvələr də Azərbaycanla vəziyyəti gərginləşdirməməyə çalışacaq. Təbii ki, bu, əks halda böyük beynəlxalq aktorların planlarına sığmayan Azərbaycanla qarşıdurma demək olardı. Getdikcə genişlənən Rusiya-İran müttəfiqliyinə qarşı durmaq, habelə Çinə qarşı mübarizə aparmaq məsələsinə xüsusi diqqətlə yanaşan Qərb üçün Azərbaycan və Türkiyənin strateji əhəmiyyəti var. Başqa sözlə, Qarabağın dağlıq hissəsində beynəlxalq sülhməramlı missiya heç kimə lazım deyil və reinteqrasiyadan başqa fikirlərə qapılıb, hansısa illüziyalara aldanmağa ehtiyac yoxdur.
Aqil Məmmədov
Ordu.az